"Bizim indi atəşkəs və yanacağa ehtiyacımız var. Əgər daha çox gözləsək, insanların ölməsinin əsas səbəbinin yanacaq qıtlığı olacağını görəcəyik", - UNRWA-nın baş komissarı Filip Lazzarini bildirib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini, İsrailin blokadası altında olan Qəzzada son vəziyyəti çatdırmaq üçün BMT-nin Cenevrə ofisində mətbuat mənsubları ilə görüşüb.
"(Qəzzada) Bizim indi atəşkəs və yanacağa ehtiyacımız var. Bir az da gözləsək insanların ölməsinin əsas səbəbinin yanacaq qıtlığı olacağını görəcəyik", - deyən Lazzarini Qəzzada heç bir ərazinin təhlükəsiz olmadığını bildirib.
Kənan
Sitat.info