Qəzza zolağının ətrafını havadan, qurudan və dənizdən mühasirəyə alan İsrail ordusu dinc əhalinin olduğu hər yerə fərq qoymadan zərbələr endirir.
Sitat.info xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağında aparılan quru əməliyyatları ilə bağlı açıqlama verib.
"İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının qərb hissəsinin ələ keçirilməsini tamamladı" deyən Gallant qeyd edib ki, Qəzza zolağında quru əməliyyatının növbəti mərhələsi başladı. Şəfa Xəstəxanasında əməliyyat davam edir. Xəstəxanada əməliyyat həssasdır və qətiyyətlə aparılır.
Qalant İsrail ordusunun xəstəxanada "vacib tapıntılar" əldə etdiyini və tapıntılar haqqında ətraflı məlumat vermədiyini bildirib.
Qəzza hökumətinin verdiyi açıqlamada deyilir ki, İsrailin mühasirəsində olan Şəfa xəstəxanasında su və yemək çatışmazlığı səbəbindən 7 mindən çox köçkün, xəstə və tibb işçisi ölümlə üz-üzədi.
Nərgiz,
Sitat.info