Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında millət vəkillərinin ünvanladığı sualları cavablandırıb.
Sitat.info xəbər verir ki, Yaşar Gülər Türkiyə Silahlı Qüvvələrinin fevralın 6-da baş verən zəlzələlər zamanı həyata keçirdiyi tədbirləri saatbə-saat izah edib.
Türkiyənin sahib olduğu və almağa çalışdığı silah sistemləri haqqında danışan Gülər F35-lərin alınmasına razılıq vermədiyini deyib.
"Bizdə olan döyüş təyyarələrinin hazırda öhdəmizə götürdüyümüz missiyaları yerinə yetirə biləcəyi ilə bağlı bir sual var idi. Qeyd edim ki, əlimizdəki təyyarələr, F-16 və F-4-lərimiz yerinə yetirəcəyimiz vəzifələr üçün kifayətdir. F 35 təyyarələrinin alınmasına gəlincə, onlarla bağlı bəzi problemlər var. Avropa dövlətləri də problem yaşayırlar. Hətta Amerikada da F-35 təyyarələrinin uçuşları dayanıb. F-35 məsələsi üzərində oturub düşünməliyik. Avropanın bir çox ölkəsində problemlər var. Şəxsən mən onu almağın tərəfdarı deyiləm".
Məğrur,
Sitat.info