ABŞ-da sülh çağırışı edən yəhudi aksiyaçılara qarşı polis zorakılığı: Bibər qazı ilə dağıtdılar

23:48 16 Noyabr 2023

İsraillə HƏMAS arasındakı qarşıdurmaların dayandırılması və Qəzzalıların daha çox əziyyət çəkməməsi üçün “atəşkəs” tələb edən yəhudi qrupu Amerikanın paytaxtı Vaşinqtonda yenidən bir araya gəlib.

Sitat.info xəbər verir ki, Amerika prezidenti Baydenin partiyası olan Demokratik Partiya Mərkəzinin qarşısına toplanan izdiham, giriş-çıxışları bağlamaq istəyib.

Lakin Qəzzada hücumların dayandırılmasını istəyən qrupdan qısa müddət sonra Amerika Konqres  Polisi müdaxilə edib.
Qanunsuz və zorakı aksiya olduğunu iddia edən polis qrupa bibər qazı vurub. Binanın girişində gözləyən etirazçılar giriş pilləkənləri ilə aşağı endirilib.

Zorakılığa məruz qalan etirazçılar məqsədlərinin müxtəlif icmalardan yüzlərlə insanın səsini eşitmək olduğunu bildirərək, liderlərin onları eşitmədiyini vurğulayıblar.



Xəbər xətti