İsrail ordusundan bu gün verilən açıqlamada Qəzza limanının ələ keçirildiyi, Mavi Mərmərə hadisələrinin xatirəsinə ucaldılan abidənin dağıdıldını bildirilib.
Sitat.info xəbər verir ki, açıqlada ÇAXAL-ın ciddi irəliləyiş əldə etdiyi qeyd olunur.
"Zirehli qüvvələr və xüsusi təyinatlılar Qəzza limanını nəzarətə götürdü, 10 tunel və 4 bina dağıdıldı".
Açıqlamada, daha əvvəl HƏMAS-ın nəzarətində olan limanda 10 fələstinlinin öldürüldüyü qeyd edilib.
Digər tərəfdən İsrail Ordusunun sözçüsü Avichay Adraee X platformasında "Həmas tərəfindən hücum məqsədi ilə istifadə edildiyini" iddia etdiyi Qəzza Limanında İsrail bayrağını qaldıran 3 əsgərin fotoşəkilini paylaşıb.
Fələstin hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Xatırladaq ki, 31 may 2010-cu ildə İsrailin Qəzzaya humanitar yardım aparan və “Yönümüz Fələstin, yükümüz azadlıqdır” şüarı ilə yola çıxan “Mavi Mərmərə” gəmisinə beynəlxalq sularda basqın etməsi nəticəsində 9 Türkiyə vətəndaşı həyatını itirib. Yaralılardan biri daha sonra dünyasını dəyişib.