Türkiyəli aparıcı və yazıçı Mətin Uca 62 yaşında vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə M. Ucanın meneceri Kübra Kalem Baykara sosial şəbəkə hesabında məlumat yayıb.
“Metin Ucamızı itirdik. Ürəyimiz ağrıyır”, – menecer yazıb.
Qeyd edək ki, Mətin Uca 1961-ci ildə İstanbulda doğulub. Karyerasına “Anadolu” agentliyində başlayan jurnalist fəaliyyətini TRT, daha sonra “Kanal D”, “Show TV”, ATV və “Star TV”də davam etdirib. O, ilk növbədə, “Passaparola” verilişinin aparıcısı kimi tanınıb. Uca yazıçı kimi bir neçə kitabın müəllifidir.