Filippinin Şimali Luson adasında 7 bal gücündə zəlzələ olub.
Sitat.info xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti (USGS) yayıb.
İlkin məlumatlara görə, zəlzələ zamanı azı 5 nəfər ölüb, 130 nəfər isə xəsarət alıb.
Bildirilib ki, zəlzələnin episentri Dolores şəhərindən cənub-şərqdə 13 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.
Təkanlar paytaxt Manila şəhərində də hiss olunub. Nəticədə infrastruktur, o cümlədən, evlər, məktəblər, xəstəxana və körpülər zərər görüb.