İsrail polisi bu cümə günü də Qüdsdə mülki insanları hədəfə alıb.
Sitat.info xəbər verir ki, onlar qaz məşəlləri ilə fələstinlilərə hücum ediblər. Hücumun miqyası bu dəfə də çox ağır olub. Hücumdan az əvvəl İsrail polisi Türkiyə mediasını hədəf alıb. Hücum anında TRT Xəbər komandasının kamerası qırılıb. Həmin vaxt CNN TÜRK komandasından Serdar Ər və Yasin Kamaloğlu efirdə idi.
İsrail qüvvələrinin cümə namazından əvvəl Məscidül-Əqsaya gedən fələstinlilərə qarşı maneə törətməsi və güc tətbiq etməsini izləyən türk mətbuat mənsubları İsrail polisinin hücumuna məruz qalıb.
Yalnız bölgədə baş verənləri xəbər verən TRT Xəbər komandasına fiziki müdaxilə edən İsrail polisi TRT Xəbərin kamerasını silahının qundağı ilə sındırıb.
TRT Xəbər müxbiri və operatoru Fələstinə qarşı davam edən hücumları kamera sındığı halda da nümayiş etdirəcəklərini bildiriblər.
Qeyd edək ki, İsrail işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Məscidül-Əqsada cümə namazı qılmaq istəyən fələstinlilərə yenidən məhdudiyyətlər qoyub.
Məscidül-Əqsa ətrafında məhdudiyyətləri davam etdirən İsrail polisi ötən həftələrdə olduğu kimi bu həftə də burada cümə namazı qılmaq istəyən fələstinlilərin qarşısını alıb.
Nərgiz,
Sitat.info