BMT İsraili dayanmağa çağırıb

16:24 17 Noyabr 2023

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı açıqlama verib: “İsrail indi Qəzzanın cənubuna doğru irəliləyirsə, son çağırış onların dayanmasıdır”.

Sitat.info xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarının sözçüsü Ceremi Lorens İsrailin Qəzza zolağındakı işğalını cənuba doğru genişləndirməsinin “böyük risklər” yaratdığını və mülki əhalinin müdafiəsinin birinci prioritet olduğunu bildirib və əlavə edib: “İndi yeganə həll yolu işğalı dayandırmaqdır".

"Buna görə də mülki əhalinin, onların əmlakının və dolanışıq vasitələrinin müdafiəsi birinci yerdə olmalıdır. Amma əgər onlar (İsrail) indi Qəzzanın cənubuna doğru irəliləyirlərsə, son çağırış onlara son qoymaqdır", - o, həftəlik mətbuat konfransından sonra deyib.

Kənan

Sitat.info



Xəbər xətti