İsrail və HƏMAS-ın atəşkəsə razılaşdığı məlum oldu: Şərtlər açıqlandı

16:26 17 Noyabr 2023

Fələstinin HƏMAS hərbi qruplaşması və İsrail Qəzza zolağında qarşılıqlı üç günlük atəşkəs tətbiq etmək barədə razılığa gəliblər.

Sitat.info xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, atəşkəs İsraildəki eyni sayda fələstinli məhbusun müqabilində 50 girovun azad edilməsi, həmçinin Qəzza zolağına humanitar yardımın çatdırılması ilə bağlı razılaşma çərçivəsində təşkil olunacaq.

Bundan əvvəl İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvi bildirib ki, HƏMAS İsraillə girovlarla bağlı danışıqları dayandırıb. “İndi bildiyimə görə, girovların azad edilməsi ilə bağlı  heç bir danışıqlar aparılmır, HƏMAS bunu öz təşəbbüsü ilə dayandırıb- demişdi.

Məğrur,

Sitat.info

 



Xəbər xətti