İsrailin baş naziri Benyamin Netanyahunun xarici işlər və beynəlxalq kommunikasiyalar üzrə baş müşaviri Mark Regev, İsrailin hücumlarında həyatını itirən minlərlə Qəzzalı uşağı kimin öldürdüyünün məlum olmadığını iddia edib.
Sitat.info xəbər verir ki, Regev MSNBC televiziyasında canlı yayımda Mehdi Həsənin suallarını cavablandırıb.
İsrailli məsləhətçi HƏMAS-ın mülki ölümlərlə bağlı verdiyi rəqəmlərə etibar edilməməsi lazım olduğunu iddia etdikdə, Həsən deyib: “Mən dağıntılar altından çoxlu uşaq cəsədini öz gözlərimlə gördüm”.
Regev deyib: “Bunlar HƏMAS-ın sizin görmənizi istədiyi fotolardır”.
Seymur Bənnayev
Sitat.info