Vatikanın dövlət katibi (baş nazir) kardinal Pietro Parolin xəstəxanalara və ibadət yerlərinə hörmətin beynəlxalq humanitar hüququn əsas predmeti olduğunu bildirib.
Sitat.info xəbər verir ki, İtaliyanın Vatikandakı səfirliyində keçirilən tədbirdə kardinal Parolin beynəlxalq gündəmdə olan məsələlərlə bağlı jurnalistlərə açıqlamalar verib.
Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığının ciddi olduğunu bildirən Kardinal Parolin deyib ki, xəstəxanalara və ibadət yerlərinə hörmət beynəlxalq humanitar hüququn əsas məsələsidir. Müharibə məqsədilə xəstəxanalardan heç bir şəkildə istifadə etmək olmaz.
Buna reaksiya verilməli və tam olaraq pislənilməlidir”.
Kardinal Parolin, girovların azad edilməsinin mövcud problemin həlli üçün əsas məqamlardan biri olduğuna inandıqlarını və katoliklərin ruhani lideri Papa Fransisk ilə girovların ailələri arasında mümkün görüş üzərində çalışdıqlarını bildirib. .
Kardinal Parolin ABŞ prezidenti Co Baydenlə Çin prezidenti Şi Jinping arasında San-Fransiskodakı görüşün gələcək üçün "müsbət siqnal" olduğunu bildirib.
Vatikanın dövlət katibi Ukrayna müharibəsi ilə bağlı sualı cavablandırarkən deyib ki, Ukraynada problemin həlli üçün böyük perspektiv görünmür, lakin onlar bu faciədən çıxış yolu tapmalıdırlar.
Məğrur,
Sitat.info