Filippinin cənubundakı Burias bölgəsində baş verən 6,7 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (ABŞGX) yerli vaxtla saat 08:14-də Buriasın cənub-qərbində 6,7 bal gücündə zəlzələnin hiss edildiyini açıqlayıb.
ABŞGX, 78 kilometr dərinlikdə qeydə alınan zəlzələnin episentrinin Buriasdan 26 kilometr cənub-qərbdə olduğunu bildirib.
Seymur Bənnayev
Sitat.info