Ukrayna Çin lideri Si Cinpinin ABŞ-a səfərinin nəticələrini ehtiyatlı nikbinliklə qiymətləndirir.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Mixail Podolyak özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, ABŞ və Çin liderlərinin - Co Bayden və Si Cinpinin görüşü dünyaya əla siqnaldır: qarşıdurma əvəzinə dialoq, yeni qlobal nizam, məcburi qaydalar, sabitlik və proqnozlaşdırıla bilənlik.
"İkincisi, Rusiya nəhayət ki, qlobal proseslərə həqiqətən təsir edənlər siyahısından çıxarılıb. Rusiya demək olar ki, subyekt deyil. Çünki o, xaosa, dağıntılara, zorakılığın saxlanmasına xarici siyasət aləti kimi arxalanır. Və iyrənc reputasiyaya malikdir. Bütün bunlar üfüqləri, gələcəyi, qarşılıqlı məhdudlaşdırıcı qaydaları görmək istəyənlərə lazım deyil”, - Podolyak əlavə edib.
Məğrur,
Sitat.info