Fələstin: Qəzzada baş verənlər qisas ruhu ilə törədilən kütləvi qətldir

20:24 17 Noyabr 2023

Fələstinin baş naziri Mohammed Ştiyyə İsrailin Qəzza zolağında “intiqam ruhu ilə kütləvi qətl” törətdiyini bildirərək, dərhal atəşkəsə çağırıb.

Sitat.info xəbər verir ki, Fələstin Baş naziri Məhəmməd Ştiyyə Yaxın Şərq turu çərçivəsində dünənki İsrail səfərindən sonra Ramallaha gedən Avropa Birliyinin (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə görüşüb və ortaq mətbuat açıqlaması verib.

Qəzzada dərhal atəşkəs çağıran Ştiyyə bölgəyə yardım və dərman çatdırılmasının zəruriliyini vurğulayıb.

Kənan

Sitat.info



Xəbər xətti