Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi görüşlər keçirmək üçün Almaniyanın paytaxtı Berlinə gəlib.
Sitat.info xəbər verir ki, Berlin Brandenburq Hava Limanında Almaniya rəsmiləri və Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şen tərəfindən qarşılanan Ərdoğan Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşmək üçün Bellevue Sarayına gedib.
Səfər çərçivəsində Ştaynmayerlə təkbətək və heyətlərarası görüş keçirəcək olan prezident Ərdoğan, daha sonra Kansler Binasında Almaniya kansleri Olaf Şolts ilə görüşəcək. İki lider görüşdən sonra birgə mətbuat konfransı keçirəcək.
Prezident Ərdoğanı səfər zamanı xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömər Bolat, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın və prezidentin baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edir.
Məğrur,
Sitat.info