İsrail Qəzzadakı xəstəxana üçün bir saat vaxt verdi

13:30 18 Noyabr 2023

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin “Şəfa” xəstəxanasının bir saat ərzində boşaldılması əmrini vermədiyini bildirib.

Sitat.info xəbər verir ki, bu barədə ÇAXAL-ın yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, yalnız tibb mərkəzinin direktorunun xəstəxananı tərk etmək istəyənlər üçün təhlükəsiz çıxış tələbinə müsbət cavab verilib.

“Bu səhər İsrail Müdafiə Qüvvələri “Şəfa” xəstəxanasının direktorunun xəstəxanada olan və təhlükəsiz marşrutla getmək istəyən qəzzalılara icazə verilməsi tələbini təsdiqləyib”, - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda vurğulanıb ki, tibb işçiləri evakuasiya edilə bilməyən xəstələrə yardım etmək üçün xəstəxanada qalacaq:

“Şəfa”ya gecə ərzində əlavə qida, su və humanitar yardım təqdim edilib”.

Qeyd edək ki, “Əl-Cəzirə” “Əş-Şəfa” xəstəxanasında olanlara təxliyə üçün bir saat vaxt verildiyi haqda məlumat yaymışdı.



Xəbər xətti