“Həzi Aslanov-İçərişəhər” marşrutu üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında olarkən qapılardan biri ilə bağlı problem yaranıb.
Sitat.info xəbər verir ki, operativ baxış zamanı nasazlığın müdaxilə nəticəsində olduğu müəyyən edilib. Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb.
Nəticədə intervalda 4 dəqiqəlik yubanma yaranıb.