İsrail əsgərləri İordan çayının qərb sahilində bir fələstinlini öldürüb

11:54 20 Noyabr 2023

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində avtomobilə atəş açması nəticəsində bir fələstinli ölüb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron şəhərində Əl-Arrub Fələstinli Qaçqınlar Düşərgəsinin girişi yaxınlığında fələstinli Məhəmməd Adil əs-Serahinin idarə etdiyi avtomobilə şiddətli atəş açıb.

Hücumda 21 yaşlı Serahin ağır yaralanıb. İsrail əsgərləri təcili yardım qruplarının hadisə yerinə yaxınlaşmasına və ilkin tibbi yardım göstərməsinə mane olub. Ağır yaralanan Serahin bir neçə saat sonra dünyasını dəyişib.

Kənan

Sitat.info



Xəbər xətti