Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani bildirib ki, Həmas və İsrail arasında əsir mübadiləsi ilə bağlı danışıqlarda kiçik logistik çətinliklər həll edilməlidir.
Sitat.info xəbər verir ki, Qətərin xarici işlər naziri Əl Tani paytaxt Dohada Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə mətbuat konfransı keçirib.
Aİ rəsmisi Borrell ilə Qəzzada atəşkəsin yaradılmasını müzakirə etdiklərini bildirən Əl Tani "Qəzzada soyqırım, aclıq və məcburi köçkünlük" kimi məsələləri də müzakirə etdiklərini bildirib.
Seymur Bənnayev
Sitat.info