Ümumdünya Səhiyyə Təşkilatının "ölüm zonası" olaraq xarakterizə etdiyi Qəzzadakı Əl-Şəfa Xəstəxanasında qalan 31 vaxtından əvvəl doğulmuş körpənin xəstəxanadan çıxarıldığı açıqlanıb.
Sitat.info xəbər verir ki, Fələstinli körpələr Qəzzanın cənubunda, Misir sərhədinə yaxın Rafah şəhərində Birləşmiş Ərəb Əmirliklərinə aid xəstəxanaya aparılıb.
Şənbə günü xəstələr də daxil olmaqla yüzlərlə insan Əl-Şifa xəstəxanasını tərk edib. Bölgənin ən böyük və ən müasir xəstəxanası hələ də İsrail ordusunun nəzarətindədir.
Şənbə günü yüzlərlə insan xəstəxananı tərk etsə də, həyati təhlükəsi olan təxminən üç xəstə və 33 vaxtından əvvəl doğulmuş körpə xəstəxanada qalıb.
Bazar günü sağ qalan 31 körpə Fələstin Qızıl Ayparası tərəfindən Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiya əsasında təxliyə edilib.
Nərgiz,
Sitat.info