İsrailin blokadası altında olan Qəzzadan yeni xəbərlər gəlməyə davam edir. Girov razılaşması və müvəqqəti atəşkəsin bu gün başlayacağı iddiası dünyanın gündəmindədir. Məsələ ilə bağlı İsrail və HƏMAS-dan bir-birinin ardınca açıqlamalar gəldi. İran isə "yeni cəbhələr açıla bilər" deyərək faktiki olaraq İsraili təhdid etdi.
Sitat.info xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun keçmiş rəhbəri İsrailin Qəzzaya hücumlarını davam etdirəcəyi təqdirdə “yeni müharibə cəbhələrinin” açıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Hazırda İqtisadi Koordinasiya üzrə Ali Şuranın rəhbəri olan Mohsen Rezaee Hizbullaha yaxınlığı ilə tanınan Əl Mayadeen-ə deyib.
“Müqavimət gələcəkdə daha da artacaq və sionist rejim bu müharibədə mütləq məğlub olacaq”.
Məğrur,
Sitat.info