“Azərbaycan üzrə koronavirus əleyhinə vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir. Regionlarda bu proses əhalinin sayına görə tənzimlənir”.
SİTAT.İNFO Apa.az-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
qeyd edib ki, əsas məqsəd əhalinin daha sürətli şəkildə bu prosesə qoşulmasıdır.
“Peyvəndlərin saxlanma şəraiti ilə bağlı bu günə qədər heç bir problem qeydə alınmayıb. Vaksinlərin lazımi şəraitdə saxlanması və əhaliyə vurulması yüksək səviyyədə davam edir”, - Vüqar Qurbanov vurğulayıb.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə qeyd edib ki, peyvənd məntəqələrində kifayət qədər soyuducular və ilk əvvəldən soyuq zəncir qurulub:
"Dəstək olaraq və əlavə şəbəkənin genişləndirilməsi üçün avadanlıqların verilməsi zəruridir", - o əlavə edib.