İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 47 fələstinlini nəzarətə götürüb.
Sitat.info xəbər verir ki, Fələstin xəbər agentliyi WAFA-nın məlumatına İsrail qüvvələrinin gecə saatlarında işğal altındakı İordan çayının qərb sahilinin Hebron şəhərində ən az 21, Tulkərimdə 14, Beytullahımda 6, Nablusda 4 və Ramallahda 2 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Fələstinli Məhbuslar Dərnəyi dünən verdiyi açıqlamada oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2920-yə yüksəldiyini bildirib.
Kənan
Sitat.info