Düşünürük ki, ilk növbədə Qarabağdakı erməni sakinlərin geri qaytarılma hüququnun təmin edilməsi çox vacibdir.
Sitat.info xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni mətbuatına müsahibəsində deyib.
Klaarın sözlərinə görə, həmin sakinlərin geri qayıtmaq istəmələri üçün kifayət qədər təhlükəsizlik hissi yaradan şərait olmalıdır:
“AB perspektivindən çox aydın şəkildə bildirmişik ki, bütün köçkünlər istəsələr, təhlükəsiz şəkildə ilkin yaşayış yerlərinə qayıda bilməlidirlər. Bu mənada biz bu problemi müxtəlif platformalarda qaldırdıq. Hesab edirik ki, bu, həll edilməli olan çox mühüm məsələdir. Amma təbii ki, insanlar istəməsə, heç kəs geri qayıtmağa məcbur edilə bilməz. Ancaq geri qayıtmaq istəyənlər varsa, onların əksəriyyətinin qayıtmaq qərarına gəlməsinə imkan verəcək şəraitin yaradılması üçün hər cür səy göstərilməlidir”.
Toyvo Klaar erməni jurnalistin Qarabağdakı separatçıların Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı verdiyi sualı cavablandırmayıb.