Vərziğanda tarixi əsərlər məhv edilir

14:45 20 Noyabr 2023

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində Əmir Ərşəd sarayının həyətində saxlanılan tarixi qoç heykəlləri məhv edilir.

Sitat.info xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat və video paylaşıblar.

Bildirilib ki, Qaradağın müxtəlif bölgələrindən toplanan daşdan tarixi qoç heykəlləri açıq havada baxımsız vəziyyətdə saxlanılır.

Videolarda tarixi əsərlərin çoxunun dağıldığı, sındırıldığı, bir neçə parçaya bölündüyü göstərilir.

Qeyd edək ki, daşdan yonulan qoç heykəlləri Azərbaycanın müxtəlif bölgələrində minlərlə idi. Son illər Mədəni İrs Nazirliyinin məsuliyyətsizliyi ucbatından onların çoxu oğurlanıb, qalanların əksəriyyəti isə Tehran və başqa şəhərlərin muzeylərinə aparılıb.

Hazırda Təbriz muzeyi və Vərziğanın Əmir Ərşəd sarayında bir neçə sındırılmış qoç heykəlinin qalıqları saxlanılır.



Xəbər xətti