Rişi Sunak: Günahsız insanların iztirablarına son qoyulmalıdır

17:30 20 Noyabr 2023

Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailin özünü müdafiə haqqına verdiyi dəstəyi bir daha ifadə edərək, Qəzzada baş verən humanitar böhranla bağlı deyib: "Bölgədəki vəziyyət çox faciəvidir və getdikcə pisləşir. Biz humanitar yardımın heç bir maneə olmadan Qəzzaya çatdırılmasına çağırırıq. Münaqişəyə dərhal humanitar fasilə verilməsi üçün çalışırıq".

Sitat.info xəbər verir ki, Londonda Somali, Birləşmiş Ərəb Əmirlikləri, Bill və Melinda Qeyts Fondu, Uşaq İnvestisiya Fondu və Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində təşkil edilən Qlobal Qida Təhlükəsizliyi Sammiti öz işinə başlayıb.

Sammitin açılışında çıxış edən Sunak dünyada baş verən bir çox münaqişələrin birbaşa olaraq yoxsullara təsir etdiyini, Böyük Britaniyanın humanitar böhranlardan zərər çəkənlərə və yoxsullara dəstək olmaq üçün maliyyə yardımı ilə yanaşı, informasiya dəstəyi verdiyini və işbirliklərini inkişaf etdirdiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti