Avstraliya: Qəzzada “atəşkəs” üçün addımlar atmaq istəyirik

17:35 20 Noyabr 2023

Avstraliyanın xarici işlər naziri Penny Vong ölkəsinin İsrailin hücumları altında olan Qəzzada atəşkəs üçün addımlar atmaq istədiyini bildirib.

Sitat.info xəbər verir ki, Vonq X sosial media hesabından verdiyi açıqlamada Qəzzada olan 31 Avstraliya vətəndaşının Rəfah Sərhəd Qapısı vasitəsilə Misirə keçdiyini bildirib.

Avstraliyanın Qəzzaya humanitar yardımların daxil olması və oradakı mülki şəxslərin təhlükəsiz çıxışı üçün hər zaman açıq çağırışlar etdiyinə diqqət çəkən Vonq deyib: “Hamımız (Qəzzada) atəşkəs üçün addımlar atmaq istəyirik, lakin bu atəşkəs birtərəfli ola bilməz".

Kanan

Sitat.info



Xəbər xətti