Qəzzada Səhiyyə Nazirliyi: İndoneziya Xəstəxanası vuruldu, ölənlər var

21:57 20 Noyabr 2023

Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi, İsrailin İndoneziya Xəstəxanasının poliklinikalarını və əməliyyat otağının döşəməsini vurduğunu, hərbi maşınlarla əhatə olunmuş xəstəxanada cəsədlərin qalaqlandığını açıqladı.

Sitat.info xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamaya görə, Qəzzanın Səhiyyə Müdiri Munir əl-Berş Qəzzanın şimalında qismən fəaliyyət göstərən yeganə səhiyyə müəssisəsi olan İndoneziya Xəstəxanasının vəziyyəti haqqında məlumat verib.

Berş deyib. "İşğal qüvvələri poliklinikaları və əməliyyat otağının döşəməsini bombalayıb, avadanlıqları məhv edib. Cəsədlər üst-üstə yığılıb".

Kənan

Sitat.info



Xəbər xətti