BMT-nin Uşaq Hüquqları Komitəsi açıqlama verib: "34 ildən sonra bu gün uşaqlar üçün matəm gününə çevrilib. Qəzzada cəmi 5 həftə ərzində 4600-dən çox uşaq öldürülüb".
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsi "20 Noyabr Dünya Uşaq Hüquqları Günü" ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada dünyada hər 5 uşaqdan 1-nin silahlı münaqişələrin baş verdiyi bölgələrdə yaşadığı, Ümumdünya Uşaq Hüquqları Gününün kədərli bir mühitdə qeyd edildiyi bildirilib.
Bəyanatda münaqişə zonaları üçün “atəşkəs”ə və uşaqların müdafiəsi üçün beynəlxalq humanitar hüququn əsaslarına qayıtmağa çağırılıb.
Seymur Bənnayev
Sitat.info