İsrail Nusayrat qaçqın düşərgəsini vurdu

06:18 21 Noyabr 2023

İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzi bölgələrindəki Nusayrat Qaçqınlar Düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində aralarında uşaq və qadınların da olduğu 17 nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələrinin Nusayrat Qaçqınlar Düşərgəsində bir evi hədəfə alması 17 nəfərin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olub.

Ölənlər arasında uşaqların və qadınların olduğu bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti