Məhəmməd Kekalov da saxlanıldı: nə baş verir?

11:23 21 Noyabr 2023

“Abzas Media” qrupunun rəhbəri Ülvi Həsənli və baş redaktor Sevinc Vaqifqızının saxlanılmasından sonra ictimai fəal olduğu iddia edilən Məhəmməd Kekalovun da saxlanıldığı bildirilir.

Sitat.info xəbər verir ki, onun kompüteri də daxil olmaqla, bəzi şəxsi əşyaları, o cümlədən telefonu müsadirə edilib.

Qeyd edək ki, Ülvi Həsənlinin Heydər Əliyev Beynəlxalq Hava Limanına gedərkən saxlanıldığı bildirilmişdi. Onun ofisində axtarış zamanı 40 min avro aşkarlandığı haqda məlumat yayılıb. Ü.Həsənliyə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Həmin gün S.Vaqifqızı isə xaricdən ölkəyə gələrkən saxlanılıb və buna görə də bəzi suallar meydana gəlir:

1. Ü.Həsənli ölkədən niyə və hara getmək istəyirmiş?

Bu suala Ü.Həsənli haqda məlumat yayanlar da cavab vermirlər və onun aeroporta getmə səbəbini açıqlamırlar.

2. S.Vaqifqızı hansı ölkədən gəlirmiş və onun həbsi zamanı ictimai fəal sayılan şəxslər niyə aeroportda olublar?

Ü.Həsənlinin aeroporta gedərkən, baş redaktorun isə ölkəyə gələrkən həbsi ciddi məqamlardan xəbər verir.

3. Niyə məhz “qaçaqmalçılıq” ittihamı?

Xatırladaq ki, saxlanılanların Bakı Baş Polis İdarəsində istintaq edildiyi bildirilsə də, DİN hər hansı açıqlama verməyib.



Xəbər xətti