İsrailin Livana hücumunun təfərrüatları məlum olub.
Hizbullah tərəfdarı "Əl Meyadin" televiziyası Tir Harfa kəndindən canlı yayım verərkən kanalın müxbiri Ferah Ömər və operator Rabi əl Memari İsrailin hücumu nəticəsində həyatını itirib.
Televiziyanın məlumatına görə, kənddəki çəkili. komandası İsrail tərəfindən qəsdən hədəf alınıb. Reportyor Ferah Ömər ölümündən bir saat əvvəl canlı yayıma qoşularaq sərhədə gedib.
Əl-Cəzirə müxbiri Zeyna Xodr İsrail silahlı pilotsuz uçan aparatından atılan raketin jurnalistləri və digər mülki vətəndaşları öldürdüyünü bildirib. Livan ordusunun hücumla bağlı araşdırma başlatması gözlənildiyi halda, Zeyna Khodr oktyabrın 13-dən bu yana Livan sərhədində jurnalistləri hədəf alan üçüncü hücumun olduğunu bildirib.
Ayna,
Sitat.info