ABŞ prezidenti Co Bayden İsrail və Fələstin arasında əsir mübadiləsi ilə bağlı razılaşma haqda danışıb və "İndi buna çox yaxınıq" fikrini səsləndirib.
ABŞ prezidenti Co Bayden İsrail və Fələstin arasında əsir mübadiləsi razılaşması ilə bağlı aparılan danışıqlar haqqında açıqlama verib.
Sitat.info xəbər verir ki, Bayden həftələrdir bu məsələ üzərində çalışdıqlarını qeyd edib.
"Hamınızın bildiyiniz kimi, həftələrdir ki, bu məsələ üzərində intensiv işləyirik. Komandam bölgədəki paytaxtlar arasında hərəkət edir". Razılaşmanın artıq çox yaxın olduğunu ifadə edən Bayden, "İndi buna çox yaxınıq. Girovların bəzilərini tezliklə evə gətirə bilərik"- deyib. Müqavilənin hələ tamamlanmadığını diqqətə çatdıran Bayden, hazırda hər şeyin yaxşı göründüyünü əlavə edib.
İsrail Nazirlər Kabineti məhbus mübadiləsi sazişini müzakirə edəcək.
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə də verdiyi açıqlamada HƏMAS-ın Qəzzada "atəşkəs" mövzusunda İsraillə razılaşmaya yaxın olduğunu və HƏMAS-ın cavabının Qətər vasitəçilərinə çatdırıldığını bildirib.
Beynəlxalq mətbuatda yer alan bir çox xəbərdə Qəzza zolağında 50 qadın və uşağın razılaşma çərçivəsində münaqişəyə 4-5 günlük fasilə qarşılığında sərbəst buraxılacağı, 3 fələstinli məhbusun isə İsrail tərəfindən azadlığa buraxılacağı iddia edildi.
Nərgiz,
Sitat.info