Birləşmiş Millətlər Təşkilatı Qəzzada atəşkəs elan olunarsa, humanitar yardımların daha effektiv şəkildə təmin oluna biləcəyini və bu istiqamətdə hazırlıqların aparıldığını bildirib.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat katibinin müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Qəzzada atəşkəsin mümkünlüyü ilə bağlı sualı cavablandıran Haq, bu mövzuda danışmaq üçün hələ tez olduğunu, lakin BMT-nin baş katibi Antonio Quterreşin əvvəldən humanitar atəşkəs tələb etdiyini xatırladıb.
Kənan
Sitat.info