"Bu gün Ermənistanda səhv, çox təhlükəli, perspektivsiz iqtisadi siyasət aparılır. Ticarət və xidmət sahələrində qiymət artımına səbəb olan balon şişirilir və nəticədə yaranan resurslar tikinti sektoruna yönəldilir".
Sitat.info news.am-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı Karen Adonts deyib
Onun sözlərinə görə, gözlənilməz geosiyasi və digər proseslər baş verərsə, bütün sistem çökə bilər, çünki ardıcıl iqtisadi artım üçün möhkəm zəmin yaradılmır.
"İpoteka tikintisi deyilən bir köpük üzərində iqtisadiyyat qura bilməzsiniz" - deyə ekspert xəbərdarlıq edib.
Əvəzində Adonts sənayenin inkişafına əsaslanan çoxsahəli iqtisadiyyatın mərhələli şəkildə yaradılmasına çağırıb: "Bu, davamlı inkişaf imkanlarını artıracaq təməl ola bilər"
Qarabağdan gedən ermənilərin bu günkənd təsərrüfatı, turizm, tikinti və digər sahələrdə iş axtarmalıd olduğunu deyən qqtisadçı qeyd edib ki, birdən ixraca maneələr yaranarsa, kənd təsərrüfatında problemlər yarana bilər.
“Ona görə də hökumət bu insanları işlə təmin edə bilməsə, onlar ölkəyə yük olacaq. Əgər yuxarıda qeyd etdiyim struktur olsaydı, çox tez işə götürülə bilərdilər”, - deyə o, yekunlaşdırıb.
Nərgiz,
Sitat.info