SON DƏQİQƏ! "Təcili qaçın" dedilər: Savaşın ikinci həlledici mərhələsi BURADA BAŞLAYIR

13:05 7 Aprel 2022

Kiyev və Çerniqovdan çəkilən rus əsgərləri və silahlarını daşıyan qatarlar sərhəd stansiyasına çatdıqda, Ukrayna hakimiyyəti üç ayrı bölgədə yaşayan insanların dərhal qaçmasını istəyib.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, Amerikalılar Ukraynaya göndərdikləri kamikadze dronlarla bağlı təlim keçir.

Amerikanın Associated Press (AP) xəbər agentliyi Ukrayna qoşunlarının,  Rusiya ordusunun hücuma başladığı Donbas bölgəsində yeni müharibəyə hazırlaşdığını bildirir.  İşğaldan iki gün əvvəl Donetsk və Luqansk administrasiyalarını kağız üzərində tanıyan Rusiya prezidenti Putin Donbası “azad edəcəyini” bildirib.

Ukrayna hakimiyyəti bölgədəki dinc sakinlərdən yeni müharibənin ayaq səsləri eşidildiyi üçün Donbası “təcili olaraq” tərk etməyi xahiş edib. The Wall Street Journal qəzeti qeyd edir ki, sözügedən xəbərdarlıq ölkənin ikinci böyük şəhəri Xarkovun bəzi hissələrini də əhatə edir. “Onda insanlar atəşə tutulur və biz onlara kömək etmək üçün heç nə edə bilmərik”, - baş nazirin müavini İrina Veresçuk bildirib.

Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri bildirib ki, hazırda Luqansk vilayətinin cənubunda amansız döyüşlər gedir və Rusiya döyüş təyyarələri bölgəyə yönəlib. Məsləhətçi həmçinin bildirib ki, Rusiya işğalçı qoşunları İzyum şəhərinin cənubuna hücum edib və Ukrayna əsgərlərini mühasirəyə almaq cəhdinin qarşısı alınacaq.

Donbasda Ukraynanın nəzarətində olan Severodonetskə artilleriya mərmisi düşüb.

Frans-Pressin fotomüxbiri Fadel Senna atəşə tutulan evdən qaçan Severodonetsk sakinlərinin şəkillərini çəkib. Ukrayna Silahlı Qüvvələri bildirir ki, Donbasda yenidən birləşən rus qoşunları da hücum üçün kəşfiyyat işləri aparır. Rusiya öz əsgərlərini və silahlarını qatarlarda daşıyır ki, Donbasda hücum mümkün qədər tez başlasın.

Rusiya-Ukrayna sərhədindəki Belqorod vilayətinin Valuyki qatar stansiyasına silah və digər texnika gəlib. Rusiya ordusu Azov dənizində Mariupolu tamamilə ələ keçirmək üçün döyüşərkən Ukraynanın ikinci böyük şəhəri Xarkova artilleriya hücumlarını davam etdirir.

Ukrayna qüvvələri cənubda Xerson yaxınlığındakı Osokorivkanı geri almaq üçün döyüşür.

Nərmin,

SİTAT,İNFO



Xəbər xətti