İsrail atəşkəs danışıqları zamanı hücumlarını davam etdirib

11:48 22 Noyabr 2023

İsrail hökuməti Qəzzada HƏMAS hərəkatı ilə əsir mübadiləsi razılaşmasını və 4 günlük müvəqqəti atəşkəsi qəbul etdiyini açıqlayıb. Qəzzada yaşayan Abo Şammala ailəsi atəşkəs ümidi ilə qaldıqları xəstəxanadan evlərinə dönüblər. Ancaq ailənin evi İsrailin hücumlarının hədəfi olub və 4-ü körpə olmaqla 6 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, Atəşkəs danışıqları davam edərkən İsrail hücumlarını davam etdirib.

Oktyabrın 7-də İsrailin hücumları başlayanda Qəzzada yaşayan Abo Şammala ailəsi Rəfahdakı evlərini boşaldıb. Ailə daha təhlükəsiz olacağını düşünərək Qəzzada xəstəxanaya sığınıb.

Kənan

​​​​​​​Sitat.info



Xəbər xətti