İsrail və HƏMAS arasında əldə olunan müvəqqəti humanitar atəşkəs razılaşması ilə bağlı Rusiyadan açıqlama verilib.
Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrail və HƏMAS arasında əldə olunan 4 günlük humanitar atəşkəs razılaşmasını alqışladıqlarını bildirib.
Zaxarova rəsmi Telegram hesabından etdiyi yazılı açıqlamada bu sözləri yazıb: “Moskva İsrail və HƏMAS arasında dörd günlük humanitar yardım atəşkəs haqqında əldə olunan razılaşmanı alqışlayır. Münaqişə kəskinləşməyə başlayandan bəri Rusiya bunu tələb edir. Dünya ictimaiyyətinin gərginliyi azaltmaq çağırışını praktiki olaraq həyata keçirdiyi üçün Qətərin xüsusi səylərini qeyd etmək vacibdir".
Məğrur,
Sitat.info