"Qarabağı könüllü tərk edən ermənilər ilə selfi çəkdirib hay-küy salan USAİD daxil olmaqla bir sıra beynəlxalq təşkilat rəhbərləri bir dəfə də olsun Ermənistan işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 1 milyona yaxın Azərbaycanlı qaçqın və məcburi köçkünlərə nəinki baş çəkdilər, 30 il müddətində bir dəfə də olsun onların taleyindən danışmadılar".
Sitat.info xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.
O bildirib ki, özü də gəncliyini yataqxanada keçirib.
"1993-cü ildə Qarabağda yerləşən kəndimiz Ermənistan tərəfindən işğal olundu və həyatımın 10 ilini bu yataqxanada keçirdim. 30 illik Ermənistan işğalı nəticəsində tamamilə dağıdılan kəndimizdən isə qalan sadəcə xarabalıqlardır" - deyə Vüqar Bayramov qeyd edib.
Nərgiz,
Sitat.info