İlk mübadilə sabah olacaq: 50 israilli əsirin qarşılığında neçə fələstinli azad olunacaq?

16:11 22 Noyabr 2023

İsrailin xarici işlər naziri Eli Koen, HƏMAS ilə münaqişəyə humanitar fasilə verəcək razılaşmanın şərtlərindən biri olaraq, əsirlərin ilk qrupunun sabah təhvil veriləcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, nazir Koen, İsrail və HƏMAS arasında münaqişəyə humanitar fasilə verəcək razılaşmada nəzərdə tutulan əsir mübadiləsi ilə bağlı danışıb. 

Belə ki, artıq əsir mübadiləsi razılaşmasının təfərrüatları bəlli olub. Toqquşmaların 4 gün müddətinə dayandırılacağını bildirən Koen bunun “atəşkəs” olmadığını bildirib.

Koen qeyd edib ki, razılaşma çərçivəsində ilk qrup israilli məhbuslar sabah (cümə axşamı) təhvil alınacaq. İsrail və Həmas Qətər və Misirin vasitəçiliyi ilə məhbus mübadiləsi razılaşması əldə ediblər. Bu çərçivədə İsrail həbsxanalarında olan 150 fələstinli məhbus HƏMAS-ın saxladığı 50 israilli məhbusun qarşılığında azad ediləcək.

Ayna,

Sitat.info



Xəbər xətti