Saxta qazilərin iş adamları, dövlət qurumlarını şantaj etməsi zaman – zaman ictimailəşib. Bu məsələ son olaraq erməni əsirliyindən qaytarılan Şahbaz Quliyevin 3 gün əvvəl keçirdiyi aksiya ilə gündəmə gəldi. O, həmin aksiyada dövlət qurumlarından şikayət edir, sosial vəziyyətinin ağır olduğunu iddia edirdi.
Musavat.com xəbər verir ki, “Yeni Sabah” Şahbaz Quliyev haqda sensasion məlumat və videogörüntü əldə edib. Bəlli olub ki, o aksiya keçirəndən sonra birbaşa Xırdalan şəhərinə yollanıb. Şəhərin Heydər Əliyev prospektindəki “Proqress-2016” MMC-nin yeni tikilən binanın sahibindən 160 kvadratmetr qeyri-yaşayış sahəsi tələb edib.
Təqdim etdiyimiz görüntü binanın satış ofisində qeydə alınıb. Ş. Quliyev və yanında olan digər “qazilər” şirkətin rəhbəri Emin Səməndərovu şantaj edərək ondan obyekt yeri tələb edirlər. Şirkət sahibi onlara 100 kv.metr yer verdiyini desə də, Ş. Quliyev 160 kv.metr istəyir. Tərəflər arasında mübahisə yaranır. Quliyev və yanında gələnlər otaqda qadınların olmasına baxmayaraq söyüşlərdən istifadə edirlər. Hətta qazilərin də ünvanına təhqirlər səsləndirilir.
Bu mübahisənin sonunun necə başa çatdığı videogörüntüdən aydın olmur.
Amma aydın olan odur ki, Ş. Quliyev erməni əsirliyində olmasından istifadə edərək nəinki dövlət qurumlarını, sahibkarları da bu formada şantaj edərək imtiyazlar əldə etməyə çalışır.
Videonu təqdim edirik: