UEFA Çempionlar Liqasının E qrupunun 3-cü həftəsində Şotlandiyanın "Celtic" komandası ilə İspaniyanın "Atletiko Madrid" komandası arasında keçirilən oyunda Fələstinə tribunadan dəstək verdiyi üçün UEFA "Celtic"i 17500 avro cərimələyib.
Sitat.info xəbər verir ki, UEFA-dan verilən açıqlamaya görə, cəza oktyabrın 25-də oynanılan və 2:2 hesablı bərabərliklə başa çatan matçda ev sahibi “Celtic” azarkeşlərinin Fələstin lehinə səsləndirdiyi şüarlar və pankartların “təxribatçı məzmunlu mesajlar” kimi qiymətləndirilməsi səbəbindən verilib.
Şotlandiya təmsilçisi açıq qalmalı olan tribunalar arasındakı boş yerləri doldurduğuna və atəşfəşanlığa görə ümumilikdə 11500 avro və daha çox cərimələnib. "Atletiko Madrid" atəşfəşanlığa görə 3 min avro cərimələnib.
Seymur Bənnayev
Sitat.info