İsrail ordusu humanitar fasiləyə bir neçə saat qalmış Qəzzanın şimalına hücumlarını artırıb

20:58 22 Noyabr 2023

İsrail ordusu HƏMAS ilə əldə olunan razılaşma çərçivəsində qarşıdurmada humanitar fasilədən saatlar əvvəl Qəzza zolağının şimalındakı bölgələrə hücumlarını gücləndirib.

Sitat.info xəbər verir ki, Qətər və Misirin vasitəçiliyi ilə İsrail və Həmas arasında əldə olunan razılaşma çərçivəsində sabah səhər yerli vaxtla saat 10:00-dan etibarən Qəzza zolağında qarşıdurmaların 4 gün müddətinə dayandırılacağı açıqlanıb.

Humanitar dövr başlamazdan bir neçə saat əvvəl İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanun və Beyt Lahiya məhəllələrinə haubitsa hücumlarını artırıb.

Seymur Bənnayev

Sitat.info 



Xəbər xətti