Fələstinin baş naziri İştiyyə: İsrail Qəzza zolağının təxminən 40 faizini işğal edib

21:05 22 Noyabr 2023

Fələstinin baş naziri Məhəmməd İştiyyə bəyan edib ki, İsrail ordusu blokadada olan Qəzza zolağının 40 faizini işğal edib.

Sitat.info xəbər verir ki, Baş nazirlikdən verilən yazılı açıqlamaya görə, İştiyyə Qəzza zolağına edilən hücumları müzakirə etmək üçün Ramallahda keçirilən fövqəladə sessiyanın açılışında çıxış edib.

Oktyabrın 7-dən sonra Qəzza və İordan çayının qərb sahilində vəziyyətin pisləşməsinə işarə edən İştiyyə, Qəzzada kütləvi qırğınlar, məcburi köçkünlər, su və elektrik enerjisinin kəsilməsi, qida və dərmanların paylanmasına maneələrin yaranmasının şərtləri daha da çətinləşdirdiyini bildirib.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti