Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib ki, ABŞ bu ölkəyə rekord sayda silah tədarük edib.
Sitat.info xəbər verir ki, bu barədə Polşa müdafiə naziri X sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, tədarük edilən avadanlıqlar arasında HIMARS raket qurğuları və Abrams tankları var.
Bundan əvvəl ABŞ Dövlət Departamenti Cənubi Koreyaya təxminən 5 milyard dollara 25-ə qədər F-35 qırıcı təyyarəsinin satışını təsdiqləyib.
Pentaqondan verilən məlumata görə, Cənubi Koreya tərəfi həmçinin mühərrik, elektron avadanlıq və texniki dəstək xidmətləri tələb edib.
Aprel ayında Polşanın müdafiə naziri və baş nazirin müavini Mariuş Blaşçak ölkəsinin 2024-cü ildə F-35 döyüş təyyarələri alacağını bildirmişdi. O, həmçinin qeyd edib ki, Varşava Cənubi Koreyadan FA-50 təyyarələri sifariş edib. Üstəlik, bu qırıcı modeli Amerika istehsalı olan F-16-ya bənzəyir.
Nərgiz,
Sitat.info