Pentaqon şefi Lloyd Ostin Ukraynaya hərbi yardım üçün toplanan təmas qrupunu bu qışdan öncə Kiyevi hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə çağırıb.
Sitat.info xəbər verir ki, bu gün ABŞ və müttəfiqləri videokonfrans vasitəsilə Ukraynaya hərbi yardım qrupunun növbəti iclasını keçirib.
“Ukrayna növbəti "qış müharibəsi" ilə üz-üzə qaldığı bir vaxtda mən bu qrupu, Ukraynanı öz xalqını qorumaq üçün hava hücumundan müdafiə imkanları ilə təmin etməyə çağırıram” -Ostin deyib.
Ukrayna Hərbi Yardım Qrupu ABŞ-da Kiyevə gələcək dəstəklə bağlı qeyri-müəyyənlik fonunda toplanıb.
Ağ Evin daha əvvəl bəyan etdiyi kimi, ABŞ Konqresinin Ukrayna üçün razılaşdırdığı vəsait tükənmək üzrədir, bu səbəbdən də yardım paketlərinin həcmi son illərdə ardıcıl olaraq azaldılıb.
Xatırladaq ki, Ostin Kiyevə səfəri zamanı 100 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.
Məğrur,
Sitat.info