Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) "Chandrayaan-3" missiyasının uğurlu enişindən ilhamlanaraq, daha iddialı yeni Ay missiyası, "Chandrayaan-4"ü planlaşdırmağa başlayıb. Yeni missiya Ayın cənub qütbündən torpaq nümunələrini toplamaq və onları Yerə çatdırmaq məqsədi daşıyır.
Missiyanın birinci mərhələsi nümunələrin toplanması üçün Ay səthinə eniş aparatının və roverin çatdırılmasını əhatə edir. Çox güman ki, eniş Chandrayaan-3-ün bu yaxınlarda uğurla eniş etdiyi yerə yaxın olacaq. Bu bölgə, Ayda həyatı təmin etmək və raket yanacağı istehsalı üçün istifadə edilə bilən su buzunun mümkün olması səbəbindən xüsusilə maraqlıdır.
İkinci kosmik gəmi "Çandrayaan-4" Ayın orbitinə iki modul göndərəcək. Onlardan biri Ay səthindən nümunələr götürərək orbitə qaytaracaq, digəri isə nümunələrin Yerə daşınmasına cavabdeh olacaq.
Əhmədabaddakı Kosmik Tədqiqatlar Mərkəzinin direktoru Nileş Desai "Chandrayaan-4" missiyasının çox iddialı bir layihə olduğunu və onun yaxın 5-7 il ərzində uğurla başa çatacağına ümid etdiyini bildirib.
Hindistanın çoxmərhələli missiya konsepsiyası bir qədər NASA-nı və Avropa Kosmik Agentliyinin Marsdan Yerə nümunələr gətirmək layihəsini xatırladır 2030-cu ilə planlaşdırılan bu layihə büdcəsinin böyük olması və bir çox texniki problem və məsələlərin hələ də həll olunmaması səbəbindən ciddi tənqidlərə məruz qalıb.
ISRO isə hələ "Chandrayaan-4" missiyasının büdcəsini açıqlamayıb. Bu ekspedisiyanın məqsədləri Hindistanın baş naziri Narendra Modinin dəstəklədiyi kosmos tədqiqatlarında Hindistanın yeni və iddialı nailiyyətlərə sadiqliyini əks etdirir.
Modi kosmosun tədqiqində yeni zirvələr üçün səy göstərməyin zəruriliyini vurğulayaraq, hökumət departamentini Ayın tədqiqi üçün ətraflı plan hazırlamağa çağırıb.
Ayna,
Sitat.info