Bayden Qətər Əmiri Şeyx Təmimə Qəzza üçün təşəkkür edib

13:22 23 Noyabr 2023

ABŞ prezidenti Co Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə İsrail və HƏMAS arasında müvəqqəti humanitar atəşkəsin yaradılmasındakı roluna görə təşəkkür edib.

Sitat.info xəbər verir ki, Qətərin rəsmi xəbər agentliyi QNA-nın məlumatına görə, ABŞ prezidenti Bayden Qətər əmiri Şeyx Təmimə telefonla zəng edib.

Görüş zamanı Bayden Qətər əmirinə Qəzzada müvəqqəti humanitar atəşkəsə nail olmaq üçün göstərdiyi səylərə və buradakı roluna görə təşəkkür edib.

Kənan

Sitat.info



Xəbər xətti