“İrşad Electronics”ə maliyyə sanksiyası tətbiq edilib

16:12 7 Aprel 2022

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mobil telefon cihazları bazarında araşdırmalar zamanı təsərrüfat subyektlərinə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, “IRŞAD ELECTRONİCS” MMC, “İnteqral” QSC, “Soliton LTD” MMC və “ELCORE DİSTRİBUTİON AZ” MMC tərəfindən sorğuda tələb olunan sənəd və məlumatlar təqdim edilmədiyi üçün həmin təsərrüfat subyektləri barəsində iş qaldırılıb.

Aprelin 7-də “IRŞAD ELECTRONİCS” MMC-yə qarşı qaldırılan işə baxılıb, müvafiq göstərişlər verilib və təsərrüfat subyektinə qarşı maliyyə sanksiyası tətbiq edilib.



Xəbər xətti